“Türk Hava Yolları” rekord həcmdə xalis mənfəət əldə edib

  • By admin
  • 13 Noyabr 2017 12:28

Bu ilin III rübündə Türk Hava Yollarıaviaşirkətinin əldə etdiyi xalis əməliyyat mənfəəti 939 milyon ABŞ dollar təşkil edib ki, sözügedən rüb əvvəlki illərin analoji dövrləri ilə müqayisədə ən mənfəətlisi olub. 

Gununsesi.info-nun xəbərinə görə, Türk Hava Yolları” aviaşirkətinin 2017-ci ilin əvvəlindən etibarən tətbiq etdiyi maliyyə intizamı və tələbatın dinamik idarə olunması sistemi sayəsindəşirkət cari ilin III rübündə rekord həcmdə – 939 mln. ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. Doqquz ay ərzində bu göstərici 956 mln.ABŞ dolları təşkil edib. 

2017-ci ilin III rübündə şirkətin ümumi gəlirləriötən ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 3,6 mlrd. ABŞ dolları təşkil edib. Yanvar-sentyabr aylarında orta ümumi gəlir 8% artıb və 8,2 mlrd. ABŞ dollarına çatıb. 

Türk Hava Yolları”nımaliyyə hesabatına əsasən, 2017-ci ilin III rübü ərzində vergi, faiz, aşınma, amortizasiya və icarə (EBITDAR) ödəmələrinədək mənfəət 90% artaraq 1,5 mlrd. ABŞ dolları təşkil edib. EBITDAR üzrə rentabellik 41% təşkil edib və bu daTürk Hava Yollarını dünyanın ən gəlirli aviaşirkətlərindən birinə çevirir.

“Bu ilin üçüncü rübündə qeydə alınmış xalis mənfəət Türk Hava Yollarının gəlir əldə etmək qabiliyyətini əyani şəkildə nümayiş etdirir.Bizim aviaşirkət böyük bir ailədir və bu ailənin ümumi məqsədi var – dünyanın aparıcı beşulduzlu aviaşirkətlərindən biri olmaq. Aviaşirkət sərnişinlərə xidmət keyfiyyətində heç bir güzəşt etmədən artmağa və inkişaf etməyə davam edəcək. Türkiyənin ən böyük ixrac şirkəti olaraq, biz İstanbulu mühüm beynəlxalq nəqliyyat mərkəzi kimi təmsil etməyə davam edəcəyik”, – deyə “Türk Hava Yollarının İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

Maliyyə nəticələrinə əsasən, bu ilin sentyabr ayında sərnişin oturacaqlarının məşğulluq əmsalı 81,5% təşkil edib ki, bu da sentyabr ayı üçün son5 il ərzində rekord göstəricidir. 2017-ci ilin üçüncü rübündə aviaşirkət tərəfindən 21,3 mln. sərnişinə xidmət göstərilib və bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Beləliklə, 2017-ci ilin ilk doqquz ayı ərzində şirkət 52 mln. sərnişin daşıyıb, bu zaman sərnişin oturacaqlarının məşğulluq əmsalı 79% təşkil edib. Yanvar-sentyabr ayları ərzində görülən sərt maliyyə tədbirləri sayəsində aviadaşıyıcınınəməliyyat xərcləri 6% azalıb. 

Türk Hava Yollarının törəmə bölməsi olan Turkish Cargo aviaşirkəti 2017-cu ilin üçüncü rübünün sonuna olan vəziyyətə görə, istiqamətlərin sayını 55-dən 72-dək artırıb və 29% artım göstərərək 294 min ton yük daşıyıb. Hesabat dövründə “Turkish Cargo şirkətinin gəliri ötən ilin analoji vaxtı ilə müqayisədə təxminən 40% artaraq 343 mln. ABŞ dollarına çatıb. Bu yaxınlarda isə “Turkish Cargo “Asiyanın ən yaxşı yük aviaşirkəti” adına layiq görülüb. 

“Türk Hava Yollarıcari ilin III rübündə Samara (Rusiya) və Pxuketə (Tailand) birbaşa uşlara   başlayıb ki, bununla da Türkiyənin milli aviaşirkəti tərəfindən yerinə yetirilən uçuş istiqamətlərinin sayı 300-ə çatıb, onlardan 49-u daxili və 251-i isə beynəlxalq (120 ölkə)aviareyslərdir. Şirkətin aviaparkı dünyanın ən yeni aviaparklarından biri hesab olunur ki, burada 329 təyyarə mövcuddur, onlardan 223-ü dar gövdəli, 90-ı geniş gövdəli, 16-sı isə yük avialayneridir.

Xatırladaq ki, “Türk Hava Yolları” 1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatlawww.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz. 

Qeyd edək ki,  “Star Alliance” 1997-ci ildə səyahət edən sərnişinləri dünyanın istənilən nöqtəsinə çatdırmaq, həmçinin onların stimullaşdırmaq və səmərəli xidmət göstərmək məqsədilə aviaşirkətlərin birinci ümumdünya alyansı kimi yaradılıb. Bazarda alyansa olan münasibəti onun çoxsaylı mükafatları təsdiq edir – “Dünya bazarında hava nəqliyyatı üzrə liderlik mükafatı” (“Air Transport World Market Leadership Award”), həmçinin “Business Traveller Magazine” və “Skytrax”a görə, “Ən yaxşı aviasiya alyansı” rütbəsi da bura daxildir. Alyansın tərkibinə aşağıdakı aviaşirkətlər daxildir: “Adria Airways”, “Aegean Airlines”, “Air Canada”, “Air China”, “Air India”, “Air New Zealand”, ANA, “Asiana Airlines”, “Austrian Airlines”, “Avianca”, “Avianca Brasil”, “Brussels Airlines”, “Copa Airlines”, “Croatia Airlines”, “EgyptAir”, “Ethiopian Airlines”, “EVA Air”, “LOT Polish Airlines”, “Lufthansa”, “Scandinavian Airlines”, “Shenzhen Airlines”, “Singapore Airlines”, “South African Airways”, “Swiss”, “TAP Portugal”, “Turkish Airlines”, THAI və “United”. “Star Alliance” şəbəkəsinə daxil olan aviaşirkətkər hazırda 190 ölkənin 1 300 hava limanına 18 450-dən çox gündəlik reyslər həyata keçirirlər. Digər əlaqələndirici reyslər “Star Alliance”ın tərəfdaşı olan “Juneyao Airlines” tərəfindən təklif olunur.

Gülnaz Qənbərli

Gununsesi.info