Türkiyənin Suriyanın şimalında YPG/PKK təşkilatına qarşı keçirdiyi “Barış Pınarı” əməliyyatının üçüncü günündə Mardin vilayətinin Nusaybin rayonunda jurnalistlərin olduğu binaya atəş açılıb.
Gununsesi.org xəbər verir ki, YPG-nin mövqe tutduğu ərazilərdən açılan snayper atəşi nəticəsində Anadolu Agentliyinin iki müxbiri yüngül yaralanıb.
DHA agentliyinin müxbiri Mücahid Yolçu hücumla bağlı bunları deyib:
“Terror təşkilatı canlı yayımı imzalayır. Üçüncü dəfə efirə çıxdıq və atəş açıldı. Biz yaxşıyıq, çətin şərtlər altında işləyirik, amma yaxşıyıq. Dostlarımız yaxınları ilə telefonda zəngləşirlər və burada təbii efirə çıxdığımız üçün bizə zəng edirlər. Heç kəsin səhhətində problem yoxdur. Sadəcə iki jurnalist yoldaşımız şüşənin sınması nəticəsində yüngül yaralanıb”
Digər jurnalist hadisə haqda bunları deyib:
“Artilleriya atəşləri başlamışdı. İzləməyə getdikdə qarşı tərəfdən açılan snayper atəşi ilə pəncərə çilik-çilik oldu”.
Yaralı jurnalistlərə ilk tibbi yardım göstərilib.
Gununsesi.org












