Türk ordusu İŞİD və kürd terrorçularının 122 obyektini məhv etdi

  • By admin
  • 22 Oktyabr 2016 13:39
 surrrrr-5
 
 
Türk ordusu İŞİD və PYD/YPG kürd terrorçu təşkilatarının  Suriyanın şimalındakı  122  obyektini  məhv edib.
 Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Sialhlı Qüvvələri məlumat yayıb.
 Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının verdiyi məluamta görə,  “Fırat Kalkanı” hərbi əməliyyatı çərçivəsində  Türk ordusu Suriyanın şımalında ötən bir  gün ərzində  52 artileriya qurğularından İŞİD-in 52 obyektinə və 70 PYD/YPG kürd terrorçu təşkilatının obyektlərinə zərbə endirilərək, onlar məhv edilib.
Suriya Azadlıq Ordusunun  Mari şəhərindən cənub istiqamətdə yerləşən Harbul və Maarrat Um Xavş yaşayış mənətələrini də İŞİD-dən azad etmək istiqamətində həyata keçirdiyi əməliyyat zamanı beş hərbçi yaralanıb.
Bu əməliyyatlar zamanı türk hərbçiləri itki verməyib.
Cerablusda  isə  kürd terrorçuları Suriya müxalifət  hərbi dəstələrinə atəş açıb, nəticədə iki nəfər yaralanıb.
Gununsesi.info