Türk ordusu o bölgəyə daxil oldu – Ərdoğanın göstərişindən sonra…

  • By admin
  • 08 Fevral 2020 17:03

Türkiyə Silahlı Qüvvələrinə aid 330 maşınlıq konvoy Suriyanın İdlib şəhərinə daxil olub.

Gununsesi.org xəbər verir ki, İdlib gərginliyin azaldılması bölgəsindəki müşahidə məntəqələrinə göndərilən silah və sursatları daşıyan konvoy Kafrlusen keçidindən giriş edib.

Konvoy son dövlərdə İdlibə göndərilən ən böyük hərbi yardımlardan biridir.

Qeyd edək ki, Bəşər Əsəd və dəstəkçiləri İdlibdəki türk ordusunun mövqelərini intensiv atəşə tutur. Buna görə də TSQ mövqelərini gücləndirməyə başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 türk əsgərinin şəhid olduğu hücumları “yeni dövrün miladı” adlandırıb. Onun göstərişindən sonra ordunun Suriyadakı mövqeləri gücləndirilməyə başlanıb.

Gununsesi.org