Türk Ordusu Suriyadakı əməliyyat çərçivəsində 600-dən çox terrorçunu zərərsizləşdirib

  • By admin
  • 16 Oktyabr 2019 09:40

Türkiyə Silahlı Qüvvələri “Sülh bulağı” əməliyyatı başlandıqdan bəri 611 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdirib.

Gununsesi.org-un məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, Fıratın şərqində uğurla davam edən “Sülh bulağı” əməliyyatı zamanı ümumilikdə 611 PKK / YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Sülh bulağı” adı altında hərbi əməliyyatlara başlayıb.

 

 

Gununsesi.org