Türk qırıcıları İraqın şimalında 4 bölgəni vurdu

  • Müəllif: admin
  • 27 İyun 2018 16:38

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat, Haftanin, Metina və Qara ərazilərinə aviasiya zərbələri endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.

Məlumata görə, əməliyyat nəticəsində terrorçulara aid sığınacaq, səngər, strateji mövqelər və silah-sursat anbarları məhv edilib.