Türk silahları bu gün dünyanı fəth etməkdədir - FOTO

  • By admin
  • 19 Avqust 2017 09:54

pic_2e65d6b01cc91a0d6d94d20cf62601c9

Türkiyə bu gün dünyanın ən iri yivsiz lüləli silah ixracatçılarından biri hesab olunur.

Gununsesi.info xəbər verir ki, lenta.ru portalı Türkiyənin yivsiz silah istehsalında əldə etdiyi uğurlardan bəhs edən geniş bir material hazırlayıb və Türkiyə istehsalı olan bu silahlara Rusiya bazarında da böyük tələbatın olduğu qeyd edilib.

Türkiyə istehsalı olan silahlara nəinki Rusiya bazarında, eyni zamanda ABŞ, Afrika və Asiya ölkələri bazarında da böyük tələbat var.

Lenta.ru-nun yazdığına görə, Türkiyənin istehsal etdiyi silahların mülki silah bazarındakı rolunu Çin elektronika və ya Cənubi Koreyanın avtomobil sahəsində əldə etdiyi uğur kimi dəyərləndirir. 10 il bundan öncə Türkiyənin silah istehsalçıları dövlətin dəstəyi ilə bazara ucuz dünya brendi olan silahların istehsalına başladı. Bunun nəticəsində qısa zaman ərzində bazara yeni model və modifikasiyalı silahlar çıxdı. Hazırda Rusiyanın silah bazarında satışıa çıxarılan silahların yarısı demək olar ki, türk silah şirkətlərinin hazırladığı silah assortimentidir. Bu gün Türkiyədə 200-dək silah növü qeydiyyata alınıb. Ancaq onlardan 50-dək növü ekspertlər tərəfindən daha çox etibar qazanaraq bazarda yerini ala bilib.

detail_8237af668e3cbf1556f7b1606cd0408e

Hazırladı Mürtəza

Gununsesi.info