Türk təyyarəsi Odessa aeroportunu iflic etdi

  • By admin
  • 22 Noyabr 2019 20:43
Odessada təyyarə qəzaya uğradığına görə aeroport işləmir, səhər reyslərinin hamısı ləğv edilib.
Gununsesi.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyəyə məxsus zədələnmiş təyyarə hələ də uçuş zolağındadır.
Aeroprtun məlumatında deyilir: “Təyyarənin zolaqdan təxliyə edilməsi üçün avadanlıq Xersona gətirilib. Hazırda orada gömrük rəsmiləşdirilməsi aparılır. Bundan sonra avadanlıq Odessaya gətiriləcək. Bizim xidmətlər tam hazırlıq vəziyyətindədir”.
Bildirilir ki, aviaşirkətlər öz təyyarələrini başqa aeroportlara yönləndirirlər.
Xatırladaq ki, dünən axşam “Odessa” beynəlxalq aeroportunda Türkiyənin “Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsinə sərnişinlər minərkən avialaynerin qabaq şassisi zədələnib. 136 nəfər sərnişin təyyarədən təxliyə edilib.
Gununsesi.org