

Türkiyə Böyük Millət Məclisinin spkeri İsmayıl Qəhramanın Azərbaycana səfəri gözlənilir.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, dekabrda Bakıda TürkPA-nın Baş ofisisnin açılışı nəzərdə tutulur. “TürkPA-nın yeni ofisinin rəsmi açılışında Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın da iştirakı nəzərdə tutulur”- deyə, səfir vurğulayıb.
Digər rəsmi səfərlərə gəldikdə isə diplomat bildirib ki, noyabrın sonunadək Nəqliyyat, dənizçilik və informasiya naziri Ahmet Arslan Azərbaycana rəsmi səfərə gələcək.
Səfir onu da əlavə eidb ki, Azərbaycanla Türkiyə arasında əlaqələr dinamik inkişaf etdiyindən istənilən an hər hansı yüksəksəviyyəli görüşülər ola bilər və bu istisna deyil.

Mürtəza
Gununsesi.info