
Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda əraziləri yoxlayan polislərə qarşı meşəlik sahəsindən atəş açılıb.
Gununsesi.info-nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, axşam saatlarında baş verən hadisə zamanı bir serjant xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Təhlükəsizlik qüvvələri hücumun baş verdiyi bölgədə əməliyyatlara başlayıb.
Gununsesi.info