
Qardaş ölkənin iqtisadiyyatında 2 minə yaxın Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir.
Türkiyədə azərbaycalı iş adamlarının kapitalına məxsus 1901 şirkət fəaliyyət göstərir. Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Rövşən Ağayev məlumat verib.
İqtisadçının sözlərinə görə, Türkiyə İqtisadiyyat Nazirliyi xarici sərmayəli şirkətlərin sayı 49933-dür.
Gununsesi.info nazirliyin açıqladığı həmin siyahıda apardığı incələmələrdən məlum olur ki, 2002-2016-ci illərdə Azərbaycan sərmayəçiləri bu ğlkəyə 4.4 milyard dollar vəsait yatırıb ki, bu da ümumi xarici investisiyanın 3.3 faizi deməkdir.
Son 6 ildə azərbaycanlıların Türkiyəyə qoyduğu yatırımların həcmi 70 dəfə artıb. Bununla hazırda Azərbaycan ilk iyirimiliyə düşərək 12-ci yerdə qərarlaşıb.
Soydaşlarımış qonşu dövlətin iqtisadiyyatına
2010-cu ilə 12 milyon dollar,
2011-ci ildə 1,26 mliyard dollar
2012-ci ildə 338 milyon dollar
2013-cü ildə 803 milyon dollar
2014-cü ildə 884 milyon dollar
2015-ci ildə 840 milyon dollar
2016-ci ilin yanvar-may aylarında isə 165 milyon dollar kapital yatırıb.
Şirkətlərin siyahısına və əhatə dairəsinə nəzər yetirdikdə, burada inşaat sektorundan tutmuş, media, radio, informisiya texnologiyaları proqramları, enerji, qida və turizm sektoruna qədər şirkətlərin fəaliyyətini görmək olur. Ən böyük yatırımlar təbii Azərbaycan Dövlət Neft Şirkəti vasitəsi ilə həyata keçirilib. Maraqlı nüanslardan biri SOCAR tək Azərbaycan kapitalı olaraq deyil, digər ölkələrdəki törəmə müəssisələri vasitəsilə də investitsiyalar həyata keçirib. Həmin investisiyalar isə törəmə müəssisənin qeydiyyatda olduğu ölkələrin adından qeyd edilib. Əgər bunları nəzərə alsaq, azərbaycanlı iş adamlarının yatırımlarının həcmi daha böyük olduğunu deyə bilərik.
Ümumiyyətlə, son illər Türkiyənin mənzil bazarı azərbaycanlıların maraq dairəsindədir. Həmyerlilərimiz bu ölkədə ev sahibi olan əcnəbilər arasında ilk beşlikdədər.
Xarici sərmayədarların Türkiyə bazarına maraq göstərməsinin səbəblərindən biri burada xarici vətəndaşların daşınmaz əmlaka sahıb olması ilə bağlı qanunun yüngülləşdirilməsi, eyni zamanda investisiya mühitinin çox əlverişli olmasıdır. Azərbaycanda risklərin böyük olması, monopoliya və mülkiyyət hüquqları ilə bağlı qanunların sərtləşdirilməsi investorları ölkədən qaçmağa vadar edib. Onlar öz sərmayələrini qonşu Türkiyə və Rusiyaya qoyurlar.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info