Türkiyə ərazisində tapılan cəsəd rusiyalı polkovnikə aiddir - FOTOLAR

  • Müəllif: admin
  • 02 İyun 2017 10:50

03

Aprelin 25-də Ərdahan Qaragöl məhəlləsində tikinti sahəsində aparılan qazıntı zamanı rus generalı Vasili Geymana aid ehtimal edilən cəsədin əsl kimliyi ilə bağlı yeni iddia irəli sürülüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya mətbuatında hazırda Qars muzeyində qorunan cəsədin, əslində polkovnik Karl Karloviç Rjepetskiyə aid olduğu müəyyənləşdirilib.

Məlumatda Karloviçin 1-ci Qafqaz Korpusu, 20-ci Piyada Diviziyası, 78-ci Navalqinski Alayında xidmət etdiyi və 1894-cü ildə ağır xəstəlik nəticəsində öldüyü qeyd edilir.

Qeyd edək ki, Rusiya arxivlərində adıçəkilən polkovnikin Ərdahan hərbi məzarlığında dəfn edildiyi də bildirilir.

02

04

Anar

Gununsesi.info