Türkiyə ABŞ vətəndaşlarına yenidən viza verəcək - TARİX AÇIQLANDI

  • Müəllif: admin
  • 20 Dekabr 2017 20:16

Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini 2019-cu ilin yanvarında bərpa edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib.

O qeyd edib ki, bu qərar ABŞ-ın Türkiyə vətəndaşlarına 2019-cu ildən başlayaraq viza verilməsi ilə bağlı açıqlamasına cavab olaraq qəbul edilib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi bir müddət əvvəl 2019-cu ilin yanvarından Türkiyə vətəndaşlarına qeyri-immiqrasiya vizalarının verilməsinin bərpa olunacağını bildirmişdi.

Gununsesi.info