
Türkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı qeyd edib ki, bəzi dövlətlər bundan narahatlıq keçirirlər: “Bu, bəzilərini narahat edir. Bu, Fransanı narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik”, – deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan qeyd edib “Zeytun budağı” əməliyyatı hazırda davam edir. Əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə keçirilir.
Gununsesi.info









