Türkiyə Almaniyadakı səfirini dəyişib

  • By admin
  • 20 Sentyabr 2016 22:17

img2196933

 

Türkiyənin Almaniyadakı səfiri Hüseyin Avni Karslıoğlunun mərkəzi aparata çağırılması haqda qərar qüvvəyə minib.

Gununsesi.info-nun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin bu qərarı “Resmi Gazete”də dərc olunub. H. A. Karslıoğlunun yerinə Almaniyadakı səfir vəzifəsinə Əli Kamal Aydın təyin olunub. Xatırladaq ki, H. A. Karslıoğlu əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

Türkiyənin İrlandiyadakı səfiri Nəcib Egüz, Tailanddakı səfiri Osman Bülənt Tulun, Türkiyənin UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Hüseyin Avni Botsalı, Sinqapurdakı səfiri Hakkı Taner Seben, Myanmardakı səfiri Murat Yavuz Ateş, İordaniyadakı səfiri Sedat Önal və Qambiyadakı səfiri Ergin Soner də mərkəzi aparata çağırılıb  Qərara əsasən Avropa İttifaqı müstəşarı Rauf Engin Soysal Türkiyənin ATƏT yanındakı nümayəndəliyinin, XİN-də baş direktor vəzifəsini tutan Ahmet Altay Cengizlər UNESCO yanındakı daimi nümayəndəliyin rəhbəri təyin olunublar.

Türkiyə XİN-in müşaviri Ali Rifat Köksal Tacikistana, XİN müşaviri Nuri Kaya Bakkalbaşı Kosta-Rikaya, xüsusi müşavir Murat Lütem Sinqapura, XİN baş direktor müavini Haydar Kerem Divanlıoğlu Myanmara, Monqolustandakı səfir Murat Karagöz İordaniyaya, Afina baş konsulu İsmail Səfa Yüceer Qambiyaya səfir təyin ediliblər.

 

Gununsesi.info