Türkiyə Almaniyadan 5 milyon 600 min avro dəyərində silah alıb

  • By admin
  • 11 Avqust 2017 17:18

12

Almaniya ilə Türkiyə arasında diplomatik gərginliyin davam etməsinə baxmayaraq, silah satışı davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, silah istehsalçıları bu ilin ilk 4 ayında Türkiyəyə 5 milyon 600 min avro dəyərində silah-sursat satıb.

Məlumata görə, silah-sursat satışı ilə bağlı razılaşma bir il bundan əvvəl əldə olunub. Sonda silah-sursat Türkiyə tərəfinə təhvil verilib.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq hökumətin razılığı olmadan silah satışı ilə məşğul olan firmalar satış həyata keçirə bilməzlər.

Xatırladaq ki, Almaniya NATO üzrə müttəfiqi Türkiyəyə 2016-ci ildə 49 milyon avro, 2015-ci ildə isə 26 milyon 500 min avro dəyərində silah-sursat satıb.

Anar

Gununsesi.info