Türkiyə Aralıq və Qara dənizlərində neft axtarır - VİDEO

  • Müəllif: admin
  • 10 Mart 2017 08:14

berat albayrak

Türkiyə artıq bu il Aralıq dənizi və Qara dəniz akvatoriyalarında neft və qaz axtarışları üçün kəşfiyyat və qazma işlərinə başlayacaq.

Gununsesi.info milliyet.com.tr-yə istinadən xəbər verir ki, bunu ABŞ-da energetika konfransında çıxış edən Türkiyənin energetika və təbii reusrslar naziri Berat Albayrak deyib.

Nazir qeyd edib ki, Türkiyə energetika sahəsində ciddi dəyişikliklər və iri investisiyalarla müşayiət olunan yeni bir dövrə daxil olur.

B.Albayrak vurğulayıb ki, dünya neft və qaz ehtiyatlarının 60 faizi bilavasitə Türkiyə ərazisinin yaxınlığında yerləşir: “Türkiyənin yaxınlığında zəngin enerji qaynağı mövcuddur. Bundan başqa, Türkiyənin bölgənin ən güclü dövləti olması səbəbindən gələcəyə doğru addımlar atmalı və energi resursları əldə etmək məqsədilə durmadan çalışmalıdır”.

https://www.youtube.com/watch?v=7IZ5pFih46o

Gununsesi.info