Türkiyə Avropa İttifaqına alternativ tapıb

  • By admin
  • 21 Noyabr 2016 14:46
ittifaq
Türkiyə Avropa İttifaqına alternativ tapıb. Bu Şanxay Əməkdaşlıq Təşkilatıdır.
Gununsesi.info “Hürriyet”-ə istinadən xəbər verir ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzvülk məsləsini nəzərdən keçirir.
Türkiyə -Avropa İttifaqı münasibətlərinə toxunan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan  bu günlərdə Özbəkistana səfəri çərçivəsində  bildirib ki,  Türkiyə, Avropa İttifaqı ilə bağlı məsələdə özünü arxayın hesab etməli və münasibərlərin gərginləşdirilməməsinə çalışmamalıdırlar. “Kimsə məni tənqid edə bilər. Ancaq mənim öz  fikrimi deyirəm. Məsələn mən deyirəm ki,  Türkiyə niyə də, Şanxay  (yəni-Şanxay Əməkdaşlıq Təşkilatı-der.) beşliyində yer almasın.
 Ərdoğan onu da əlavə edib ki, 2017-ci ildə  Türkiyə Avropa  İttifaqı münasibətlərinin gəcələk taleyi ilə bağlı referendum keçirilə bilər. Çünki Aİ Türkiyəni radikal addımlar atmağa vadaredərək, bu qurumdan uzaqlaşdırmağa  çalışır. Odur ki, türkiyə Avropa İttifaqına inteqrasiya ilə bağlı danışıqlar prosesindən çıxamağa hazırdır. Aİ Türkiyənin bu təşkilata üzvlük məsələsini on illər boyu uzatdığından,  Türkiyə üçün Şanxay Əməkdaşlıq  Təşkilatında olmaq daha məqsəduyğun olar və burada özünü daha rahat hiss edə bilər.
Gununsesi.info