
Adambaşına düşən milli gəlirin həcminə görə Türkiyə dünya ölkələri sırasında 13-cü yerdə qərarlaşıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiya Beynəlxlaq Valyuta Fondu (International Monetary Fund) hesabatında yer alıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, alıcılıq qabiliyyəti pariteti ilə Türkiyədə adambaşına milli gəlir 25 min dolların üzərinə çıxıb. Bu rəqəmlə Türkiyə 13-ci böyük iqtisadiyyatı olub.
Belə ki, Türkiyədə illik milli gəlirin həcmi 25 min dollar təşkil edir. Nəticədə Türkiyə Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin bəzilərini geridə qoyub.
Ədalət və İnkişaf Partiyayının İqtisadiyyat üzrə sədr müavini Cevdet Yılmaz “Adambaşına gəlirimiz 2002-2016 dövründə 3 min 500 dollar mərtəbəsindən 11 min dollara yaxınlaşdı. Milli gəlirimiz, bu qədər daxili və xarici təcavüzə baxmayaraq 2002-də 230 milyard dolarkən, 2016-da 860 milyard dollara yüksəlib. BVF satınalma gücü paritetinə görə, milli gəlirdə dünyada 13-ci böyük iqtisadiyyat olduq. Bu bazada adam başı gəlirimiz 25 min dollara çıxıb. 2002-2016 dövründə illik orta hesabla 5,7% artan iqtisadiyyatımız, 2023 hədəflərinə də etibar və sabitlik içində addımlayacaq”- deyə bildirib.
Anar
Gununsesi.info












