Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq

  • Müəllif: Firuzə
  • 03 Dekabr 2025 14:37

Türkiyə qarşıdakı 6 ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.

“Məsələ ilə tanış olan mənbələrin sözlərinə görə, Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür. Bu, Avropanın soyuq müharibə dövründəki son sərhəd bağlanmasına son qoyacaq və Qafqazda ticarətin canlanmasına yol açacaq”, – məlumatda qeyd olunub.

Türkiyə və Ermənistandan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Gununsesi.info