Yəmənə buğda aparan Türkiyənin yük gəmisinə raket hücumu edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Ağ Ev Türkiyənin yük gəmisinə edilən raket hücumu ilə bağlı bəyanat yayıb.
Bəyanatda Hutu milisləri tərəfindən hücum edildiyi və ABŞ-ın hərbi-dəniz qüvvələrinin dərhal hərəkətə keçdiyi bildirilib.
Qeyd edilir ki, qurudan 70 mil uzaqda olan gəmidə 50 min ton buğda var.