Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

  • Müəllif: admin
  • 22 Aprel 2017 20:48

teyyare-qezasi

 

Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Avaşın-Basyan və Zap rayonlarında yerləşən obyektlərinə zərbələr vurub.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, Türkiyə Baş Qərargahı terrorçuların sığınacaqları və silah anbarlarının məhv edildiyini bildirib.

Qeyd edək ki, Türkiyənin cənub-şərqində antiterror əməliyyatları davam edilir. Bitlis əyalətində iki partlayıcı qurğu zərərsizləşdirilib.

 

Gununsesi.info