
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “CN-235” tipli hərbi təyyarə Rusiyanın hava məkanında yoxlanış keçirəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması üzrə Milli Mərkəzinin rəhbəri Sergey Rıjkov deyib.
Belə ki, təyyarədə Norveç və Türkiyədən olan hərbi ekspertlər olacaq.
S.Rıjkovun sözlərinə görə, “Açıq Səma” razılaşması çərçivəsində iyun 2-də hərbi mütəxəssislər uçuş həyata keçirəcəklər. Eyni zamanda “CN-235” təyyarəsində rusiyalı mütəxəssislər də olacaq.
Qeyd edək ki, üzərində heç bir silah daşımayan “CN-235” təyyarədəki müşahidə vasitələri beynəlxalq yoxlamalardan keçirilib.
Anar
Gununsesi.info











