Türkiyə hökuməti İsrail ilə razılaşma sənədini təsdiqlədi

  • By admin
  • 31 Avqust 2016 16:14

Erdogan

Türkiyə İsrail ilə normallaşma razılaşmasını təsdiqləyib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə normallaşma razılaşmasını təsdiqləyib.

Razılaşmaya görə, İsrail 2010-cu ildə “Mavi Mərmərə” hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon ABŞ dollar məbləğində təzminat ödəyəcək.

Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşını öldürmüşdü.

Anar

Gununsesi.info