Türkiyə-Hollandiya münasibətlərinin inəklərə də təsiri oldu - İRİBUYNUZLU HEYVANLAR DEPORTASİYA EDİLDİ - VİDEO

  • By admin
  • 15 Mart 2017 22:11

inekler deportasiya

Ankara və Amsterdam arasındakı gərginliyə qoşulan Türkiyə Qırmızı Ət İstehsalçıları Birliyinin üzvləri maraqlı bir addım atıblar.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, adıçəkilən qurum Niderlanda etiraz olaraq bu ölkənin “Holstein” cinsindən olan iribuynuzlu heyvanlarını geri göndəriblər.

Xatırladaq ki, martın 11-i gecə saatlarında holland polisi türkiyəli naziri Rotterdam Baş konsulluq binasının 30 metrliyində saxlayıb və onu konsulluğa buraxmayıb.

Polis nazirinin də içində olduğu və diplomatik toxunulmazlığın olduğu avtomobilin sürücüsü saxlanılıb. Fatma Betül Sayan Kaya isə Almaniyaya qaytarılıb.

Gununsesi.info