“Türkiyə ilə İran arasında ticari əlaqələr milli valyuta ilə həyata keçiriləcək” - HƏSƏN RUHANİ

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 16:16

Ruhani

Tehranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran prezidenti Həsən Ruhani ilə görüşü  olub.

Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, görüşdə İran prezidenti Həsən Ruhani deyib ki, son dövrlər iki ölkə arasında siyasi, iqtisadi, regional əməkdaşlıq sahəsində ciddi əlaqələr formalaşmaqdadır.

“Bu günkü görüşdə iki ölkə arasında iqtisadi işbirliyi sahəsində ciddi qərarlar verdik. Belə ki, iki ölkə arasında bank sektorunda əməkdaşlıq və ticari əlaqələr zamanı valyuta mübadiləsi milli valyuta ilə həyata keçiriləcək.  Bank sektoru sahəsində əməkdaşlıqla bağlı son qərar qarşıdakı bir həftə ərzində veriləcək. Bundna əlavə, Türkiyə ilə İran arasında fəaliyyət göstərəcək gömrük məntəqələri 24 saat ərzində fəaliyyət göstərəcək”- deyə, İran prezidenti vurğulayıb.

İki ölkə arasında sərmayə qoyuluşuna gəldikdə H.Ruhani bildirib ki, İran tərəfi türk sərmayədarları üçün lazımi şərait yaratmağa hazırdır: “Türkiyə tərəfi daha çox təbii qaz almaq istəyir, İran tərəfi də Türkiyədən bu sahəyə yetərincə sərmayə yatırmağı istəyir. Türkiyə tərəfi də qaz sektoruna sərmayə yatırmağa hazır olduğunu bəyan etdi”.

Mürtəza

Gununsesi.info