Türkiyə ilə Rusiya arasında viza qaldırıldı

  • By admin
  • 07 Avqust 2019 16:31

Bu gündən etibarən Türkiyə ilə Rusiya arasında xidməti və xüsusi pasport sahiblərinin vizasız qarşılıqlı gediş-gəlişinə başlanılıb.

Gununsesi.org xəbər verir ki, 2010-cu il mayın 12-də iki ölkə arasında imzalanan vizasız rejimlə bağlı razılaşma 2019-cu il avqustun 7-dən etibarən qüvvəyə minib.

Belə ki, sənədə əsasən bu ölkələrin xidməti və xüsusi ümumvətəndaş pasportuna sahib vətəndaşları vizasız 30 gün müddətində qarşılıqlı səyahət edə biləcək.

Gununsesi.org