“Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik” – Rusiya

  • By admin
  • 12 Oktyabr 2016 19:24

viza

 

Moskva Türkiyə ilə viza rejimini ləğv etməyin tərəfdarı kimi çıxış edir.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya energetika naziri Aleksandr Novak çıxış edib. O, bildirib ki, viza məhdudiyyəti ilk növbədə iki ölkə arasında daşınmaları gerçəkləşdirən nəqliyyat vasitələrinə tətbiq olunmalıdır. Qadağanın ləğvi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə kömək edə bilər.

Daha əvvəl Rusiya iqtisadi inkişa naziri Aleksey Ulyukayev bəyan etmişdi ki, Türkiyə vətəndaşlarının Rusiya ərazisinə səfəri ilə bağlı viza rejiminin ləğvi təhlükəsizlik baxımından hələ tezdir.

 

Gununsesi.info