Türkiyə İranla sərhəddə divar tikintisini başa çatdırdı

  • By admin
  • 09 Oktyabr 2021 10:38

Türkiyənin İranla sərhəddə divar tikintisi başa çatıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə mətbuatının yaydığı xəbərə görə, divarın hörgüsü yekunlaşıb. Sərhəddə divar tikintisi İrandan miqrant axınını və qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyır. Məlumata görə, Van əyalətinin İranla sərhəd hissəsində 20 kilometrik divar çəkilib.

Daha əvvəl bildirilib ki, Ağrı və İğdır vilayətlərində beton divarın çəkilməsi işləri yekunlaşıb.

Gununsesi.info