Türkiyə müttəfiqlərini “Zeytun budağı” əməliyyatını dəstəkləməyə çağırıb

  • By admin
  • 08 Fevral 2018 21:55

Rəsmi Ankara müttəfiqlərini PYD və YPG terrorçularına qarşı aparılan “Zeytun budağı” əməliyyatını dəstəkləməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin müşaviri Hami Aksoy bildirib ki, Türkiyə son qələbəyə qədər terrorçularla mübarizə aparacaq və bu addımlar beynəlxalq hüquq çərçivəsində atılır.

O vurğulayıb ki, Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlar Türkiyənin təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info