
Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsinə daxil olub.
Gununsesi.info “milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silalı Qüvvələri məlumat yayıb.
TSK-nın məlumatında bildirilir ki, İdlib bölgəsində təhlükəsizliyin təmin olunması hələ Astana görüşündə Suriyada sabitliyin bərpa olunması qarnatiya rolunda çıxış edən ölkələr tərəfindən müzakirə olunaraq razılığa gəlinib.
Razılığa əsasən oktyabr ayından etibarən TSK İdlibdə təhlükəsizliyin təmin olunması məqsədi ilə Suriya sərhədini keçərək İdlibə daxil olub. TSK oktyabrın 8-dən etibarən İdlibdə kəşfiyyat fəaliyyətinə balayıb.
Gununsesi.info












