Türkiyə ordusu Suriya rejiminin 101 mövqeyini zərərsizləşdirib

  • By admin
  • 10 Fevral 2020 22:44

Türkiyə ordusu Suriyanın şimalında, İdlib vilayətində Bəşər Əsəd rejiminin 101 hərbi obyektini zərərsizləşdirib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada, həmçinin qeyd edilib ki, bu gün rejim tərəfindən edilən aramsız hücumlardan sonra Türkiyə Silahlı Qüvvələri (TSK) indiyədək rejimin 105 istehkam xəttini atəşə tutaraq qarşı tərəfi susdurub. Bununla yanaşı, rejimin 3 tank, 2 top, bir helikopteri TSK tərəfindən yararsız hala salınıb.

Qeyd edək ki, Türkiyənin İdlibə göndərdiyi əlavə qüvvələr bu gün Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər isə yaralanıb.

Gununsesi.org