“Türkiyə öz koronavirus peyvəndini bütün dünya üçün əlçatan etmək niyyətindədir” - ƏRDOĞAN

  • By admin
  • 21 Noyabr 2020 21:36

Türkiyə özünün hazırladığı koronavirus əleyhinə peyvəndi bütün dünya üçün əlçatan etmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmilik” (G-20) ölkələrinin liderləri arasında keçirilən videokonfransda çıxış edərkən deyib.

R.T.Ərdoğan həmçinin bildirib ki, dünya, xüsusən də inkişaf etmiş ölkələr pandemiya dövründə həmrəylik və qarşılıqlı yardım sınaqlarından uğurla çıxa bilməyib.

 

 

Gununsesi.info