Türkiyə polisi Adnan Oktarın adamını paltar şkafından tapdı - FOTO

  • By admin
  • 12 Fevral 2020 16:52

Türkiyədə Adnan Oktarın rəhbərlik etdiyi dəstənin üzvü olduğu üçün axtarışa verilən Turgut Aksu adlı şəxs həbs edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Haber Global” informasiya yayıb.

Məlumata görə, polislər sözügedən şəxsin Kadıköydə gizləndiyini müəyyən edib. Bundan sonra Aksunun qaldığı evə basqın edilib. Polis əməkdaşları Aksunu yaşadığı evin paltar şkafında tapıblar.

Əməliyyat çərçivəsində Turgut Aksunun gizlənməsinə yardım edən daha bir nəfər saxlanılıb.

 Gununsesi.org