Türkiyə prezidenti ilə Liviyanın baş naziri arasında qapalı görüş olub

  • By admin
  • 06 Sentyabr 2020 18:41

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin baş naziri Fayez as-Sarracı qəbul edib.

Bu barədə Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, görüş yerli vaxtla saat 14:10-da başlayıb. Türkiyə prezidentinin Liviya Milli Razılıq Hökumətinin baş naziri ilə görüşü mətbuat üçün qapalı olub.

 

 

Gununsesi.info