Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri istefa verdi

Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınık istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

O, 2016-cı ildən bu vəzifəni icra edib.

Qeyd edək ki, bir müddət əvvəl Kerem Kınıkın Türkiyədə baş verən zəlzələ zamanı çadırları satması ilə bağlı iddialar yayılıb.

 

 

Gununsesi.info