Türkiyə qoşunlarını Afrindən çıxarır

  • By admin
  • 10 Aprel 2018 10:18

Türkiyə qoşunlarını Afrindən çıxaracaq.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ açıqlama verib.

Baş nazirinin müavini türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb: “Biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur. Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə işləri gedir”.

Bəkir Bozdağ, qoşunların Suriyadakı siyasi böhranın aradan qaldırılmasından sonra çıxarılacağını bəyan edib: “Suriyada güc vakuumu var, fərqli qüvvələr var, müxalifət var. Biz Afrində hakimiyyəti yerli əhaliyə təslim edəcəyik. İndi əsas məsələ böhrandan siyasi çıxış yolu tapmaqdır və o tapılan kimi, biz oradan çıxacağıq”.

Gununsesi.info