Türkiyə rəsmi Moskva və Vaşinqtonu razılaşmaya əməl etməyə dəvət edib

  • By admin
  • 07 Dekabr 2019 11:46

Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoy bəyan edib ki, Rusiya ilə ABŞ razılaşmalara əməl etməyəcəyi təqdirdə Suriyadakı hərbi əməliyyatlar bərpa edilə bilər.

Gununsesi.org xəbər verir ki, XİN rəsmisi bu barədə jurnalistlərin suallarına cavab verərkən bildirib.

“Terrorçuları təhlükəsizlik zonasından təmizləməyənə qədər Suriyanı tərk etməyəcəyik”, – türk diplomat deyib.

H.Aksoy Türkiyə ordusunun apardığı hərbi əməliyyatlar nəticəsində 370 min məcburi köçkünün öz ölkəsinə qayıtdığını bildirərək, yanvarın 8-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Federasiyasının başçısı Vladimir Putinin Suriya ətrafında baş verən hadisələri müzakirə edəcəklərini də xatırladıb.

Gununsesi.org