Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir - ABŞ Senatı

  • By admin
  • 02 Dekabr 2018 10:11

Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin yeni rəhbəri Ceyms İnhof bildirib.

C.İnhof deyib: “Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, onlar Rusiyadan S-400 sistemləri almaqdan imtina etməlidirlər”.

O, əlavə edib ki, Türkiyə ABŞ-ın NATO üzrə çox mühüm tərəfdaşıdır və onlar bu statusa uyğun fəaliyyət göstərməlidir: “Türkiyə Rusiya və Qərb arasında seçim etməlidir”.