Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

  • By admin
  • 19 İyul 2017 20:57

peter_shtoydtner
Almaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Peter Ştoydtnerin saxlanılması ilə bağlı Türkiyə səfirini XİN-ə çağırıb.

Report-un verdiyi xəbərə görə, bunu keçirdiyi brifinqdə nazirliyin rəsmi nümayəndəsi Martin Şefer deyib.

“AFR hökuməti Ştoydtnerin azad edilməsini və konsulluq yardımına çıxışın təmin olunmasını tələb edir”, – M.Şefer bildirib.

Onun sözlərinə görə, səfir əmin edib ki, tələbləri dərhal Ankaraya çatdıracaq.

XİN nümayəndəsi qeyd edib ki, hüquq müdafiəçisi artıq iki həftədən çoxdur istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, Türkiyə məhkəməsi altı hüquq müdafiəçisi haqqında həbs qətimkan tədbirinin seçilməsini qərara alıb. Terror fəaliyyətində şübhəli bilinən bu şəxslərin arasında Amnesty International təşkilatının Türkiyə nümayəndəliyinin başçısı da var.

Hazırda Türkiyədə istintaq təcridxanasında analoji ittihamla Almaniyanın “Die Welt” qəzetinin jurnalisti Dəniz Yücel saxlanılır.

Gununsesi.info