Türkiyə serial ixracından 350 milyon dollar qazanıb

  • Müəllif: admin
  • 22 Yanvar 2018 16:04

Türkiyənin istehsal etdiyi seriallardan keçən il əldə etdiyi gəlir 350 milyon dollar olub.

Gununsesi.info Türkiyə Mədəniyyət və Turizm Mazirliyinin məlumatına istinadən xəbər verir ki, son beş ildə Türkiyədə serial istehsalı 10 dəfə artıb və 140 ölkəyə ixrac edilib.

Məlumatda qeyd edilir ki, son 10 ildə yüksək inkişafa nail olmuş türk serialları ixrac potensialına görə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. İxrac edilən bölgələri sırasında Orta Şərq və Quzey Afrika, Şərqi və Qərbi Avropa ölkələri, ABŞ, Asiya və Latın Amerikası ölkələri yer alır.

İxrac edilən serialların ixracından əldə edilən gəlir son 8 ildə 30 dəfə artıb.  Əgər 2008-ci ilə 10 milyon dollar gəlir əldə olunurdusa, 2016-ci ilə 300 milyon dollara, 2017-ci ildə 350 milyon dollara çatıb.

2023-cü il üçün illik gəlir proqnozunun 750 milyon dollara yüksələcəyi gözlənilir.

Başqa ölkələrə ən çox ixrac olunana serial “Möhtəşəm Yüzil” olub.  Daha sonrakı yerlərdə isə “Adını Feriha qoydum”, “Gümüş”, “Fatmagülün suçu ne”, “Ezel”, “Kara Sevda” və sair olub.

Vüsalə

Gununsesi.info