Türkiyə Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib

  • Müəllif: admin
  • 15 Yanvar 2018 14:12

Türkiyə Silahlı Qüvvələri (SQ) yanvar ayının sonunadək Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başlaya bilər.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, SQ Afrində PYD və YPG terror təşkilatlarına qarşı əməliyyatlara başlamaq üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın PYD və YPG ilə əməkdaşlığının rəsmi Vaşinqtonun öhdəlikləri və bəyanatları ilə ziddiyyət təşkil etdiyini və Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.

Gununsesi.info