Türkiyə Suriya ordusuna məxsus Su-24 qırıcılarını necə vurub? - Təfərrüatlar bəlli oldu

  • Müəllif: admin
  • 03 Mart 2020 10:04

Türkiyə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı ilə ordusunun texnoloji imkanlarını nümayiş etdirib.

Gununsesi.org bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Türkiyənin Suriya ordusuna məxsus Su-24 qırıcılarını vurmasının təfərrüatları bəlli olub. Belə ki, Türkiyə ordusunun hədəfləri dəqiqliklə vurmasında AWACS (havadan xəbərdarlıq və nəzarət təyyarəsi) təyyarələrinin mühüm rolu olub. F-16 raketləri buraxılıb, AWACS-lar isə onları Su-24-lərə yönləndirib. Bununla da F-16 təyyarələri Suriyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ilişmədən tapşırığı uğurla icra edib.

Sərhəd xəttində havaya qaldırılmış AWACS məlumatları əməliyyatın idarəetmə məntəqəsinə və birbaşa olaraq F-16-ların monitoruna yönləndirib. Türkiyəli pilotlar isə HHM sistemlərinə yaxalanmamaq üçün radarları söndürüb.

Gununsesi.org