
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Bageri ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar arasında telefon danışığı olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon söhbəti zamanı generallar terrora qarşı birgə mübarizə istiqamətində aparılan hərbi əməliyyatları müzakirə ediblər.
İran mətbuatının xəbərinə görə isə, telefon danışığı zamanı əsasən Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsinə daxil olması müzakirə edilib.
Qeyd edək ki, Türkiyənin milli maraqlarına zidd addımlar atan silahlı terror qruplaşmasının sərhədə toplaşaraq təhlükəsizliyə təhdid törətməsi Ankaranın ciddi narahatçılığına səbəb olub. Bu səbəbdən də hərbi əməliyyat qaçılmaz idi.
Gülnaz Qənbərli
Gununsesi.info












