Türkiyə və Rusiya Baş Qərargah rəislərinin görüşü baş tutub - FOTO

  • By admin
  • 15 Dekabr 2017 22:10

Ankarada Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar rusiyalı həmkarı Valeriy Qerasimov ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Dekabrın 15-də general Hulusi Akar Baş Qərargahda Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Qerasimov ilə görüşüb”, məlumatda deyilir.

Görüşün təfərrüatları barədə məlumat verilmir.

Gununsesi.info