Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Suriya münaqişəsini müzakirə ediblər

  • Müəllif: admin
  • 26 Noyabr 2017 10:37


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səudla telefon danışığı aparıb.
“Report”  xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı regionda vəziyyət, xüsusilə də Suriya münaqişəsi müzakirə olunub.
Ərdoğan Səudiyyə kralını Soçidə prezidentlərin üçtərəfli görüşünün yekunları və Astana prosesi barədə məlumatlandırıb.

Gununsesi.info