Türkiyə və Yunanıstandakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur - XİN

  • By admin
  • 21 İyul 2017 14:58
1500606062
Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olaması ilə bağlı məsləyə XİN aydınlıq gətirib.
Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata açıqlama verən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki qeydə alınmayıb.
 
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadırlar.
Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək.
Mürtəza
Gununsesi.info