Türkiyə XİN başçısı Kanadaya səfər edəcək

  • By admin
  • 11 Yanvar 2018 19:30

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanadaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, nazir Vankuver şəhərində ABŞ və Kanada xarici işlər nazirlərinin “Koreya yarımadasında sülh və sabitlik” adlı iclasında iştirak edəcək.

Məlumata görə, M.Çavuşoğlunun səfəri yanvarın 15-16-da baş tutacaq.

Türkiyəli nazirin kanadalı və amerikalı həmkarları ilə təkbətək görüşəcəyi də gözlənilir.

Gununsesi.info