
Aprelin 17-də Türkiyənin Xarici İşlər Nazirliyi Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktını pisləyən bəyanat yayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa dilədiyi vurğulanıb.
Belə ki, bu cür faciənin bir daha təkrarlanmaması üçün əhalinin təhlükəsizliyinin təminatı istiqamətində əməli işlərin və humanitar yardımların çatdırılmalı olduğu bildirilib.
Qeyd edək ki, Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində 70 nəfərə ölüb, təqribən 130 nəfər isə yaralanıb.
Hadisəyə səbəb kamikadzenin sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında özünü partlatmasıdır.
Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb. Bu yaşayış məntəqələri 3 ildən çoxdur ki, yaraqlıların mühasirəsindədir. Orada 20 minə yaxın insan yaşayır.
Anar
Gununsesi.info









