Türkiyə yeni tipli zirehli avtomobillər hazırlayır - DAHA SÜRÜCÜYƏ EHTİYAC YOXDUR

  • By admin
  • 26 Fevral 2018 20:26

Türkiyə “Ejder Yalçın 4×4” zirehli avtomobilləri üçün yeni texnologiya hazırlayır.

Gununsesi.info bu barədə “Nurol Makina” şirkətinə istinadən məlumat verir.

Yeni texnologiya zirehli avtomobilləri sürücü və ekipaj üzvü olmadan idarə etməyə imkan verəcək.

Hazırda texnologiyanın hazırlanması üzrə işlər davam edir.

Qeyd edək ki, bir sıra ölkələr “Ejder Yalçın 4×4” zirehli avtomobillərindən istifadə edir. Bir müddət əvvəl Qətərə 400 belə texnika tədarük olunmuşdu.

Gununsesi.info